İdman

Avropa çempionatı: Azərbaycan millisinin oyunlarının təqvimi bilindi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının təsnifat mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisi D qrupunda Gürcüstan, Avstriya və Sloveniya yığmaları ilə mübarizə aparacaq.

Bu rəqiblərlə oyunların təqvimini təqdim edirik:

AÇ-nin təsnifat mərhələsi
D qrupu

20 avqust
18:00. Azərbaycan – Gürcüstan
Bakı / Voleybol Mərkəzi

24 avqust
17:00. Gürcüstan – Azərbaycan
Tiflis

28 avqust
18:00. Azərbaycan – Avstriya
Bakı / Voleybol Mərkəzi

3 sentyabr
18:00. Azərbaycan – Sloveniya
Bakı / Voleybol Mərkəzi

7 sentyabr
19:30. Sloveniya – Azərbaycan
Maribor

10 sentyabr
20:25. Avstriya – Azərbaycan
Şvexat

Qeyd: Matçların başlama saatları yerli vaxtla göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43