Milli komanda

Avropa çempionatı: Millimizin ilk sınağı

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, V qrupda yer alan milli komandamız da bu gün mübarizəyə qoşulacaq.

Yığmamızın ilk rəqibi Belçika millisi olacaq. 

Oyunlar “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.

Qeyd edək ki, qrupu ilk pillədə başa vuran komanda 2016-cı ildə Serbiyada təşkil olunacaq final mərhələsinə birbaşa vəsiqə qazancaq.İkinci və üçüncü yerinsahibləri arasında ən yaxşı nəticəni qazanan  yığma da Avropa çempionatında oynamaq şansı əldə edəcək.

18 mart

AVRO-2016-nın əsas seçmə mərhələsi, IV qrup

21:00. Azərbaycan – Belçika


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43