Milli komanda

“Avropa çempionatına çıxmaq üçün vuruşacayıq” – Nikola Yurçeviç

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin təqdimat mərasimi keçirilib

İdmanxeber.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriliən mərasimdə yeni təyin olunan baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.

“Avropa seçmə mərhələsindəki rəqiblərimizdən olan Xorvatiya reytinq cədvəlində  4-cü yerdədəir. Biz isə elə də yaxşı yerdə deyilik. Ancaq biz çalışmalıyıq ki, AÇ–da çıxış edək. Keçən həftə sonu stadionda iki oyun izlədim. Bundan əvvəl “Neftçi” – “Qarabağ ” oyununu izləmişdim. Bu oyun çox xoşuma gəlmişdi. Yığmanın üzvləri əsas bu komandalardan ibarət olduğu üçün bu müsbət haldır. Bundan əvvəlki seçmə mərhələ oyunlarını da izləmişəm. Və çox bəyənmişəm. Düşünürəm ki, düzgün hazırlıqla, sistemlə öz istəyimizə çatacayıq.

Mənim üçün yığmaya çağırılan oyunçuların 90 dəqiqə oyuna köklənməsi çox önəmlidir.  Ayın 21-i çox vacib oyunumuz var. Hazırda 20-ə yaxın nəzərimdə oyunçu var. Ancaq yendə də yeni oyunçular axtarışındayam. Bütün yerli oyunçular haqda məlumat toplamışam. Azərbaycan çempionatında oynayan futbolçular barədə tam məlumatım var.

Köməkçi məşqçilərimdən biri Xorvatiyadan, digəri isə yerli olacaq. Yerli məşqçinin kimliyi federasiya rəsmiləri ilə görüşdən sonra bilənəcək.

Prosineçkini 30 ildən çoxdur tanıyıram. Ondan kifayət qədər məlumat almışam. Ancaq müsbət fikirlər eşitmişəm. Bəzi oyunçulara 4-5 gün ərzində iki oyun keçirmək çətindir. Bu barədə oyunçuları tanıdıqdan sonra daha dəqiq nəsə deyə bilərəm. Əsas məqsədimiz seçmə mərhələdə yaxşı nəticə qazanıb, finallarda iştirak etməkdir. Avropa Çempionatına çıxmaq üçün vuruşacayıq.

Azərbaycan mətbəxindən də xəbərim var. Prosineçki ilə bu barədə də danışmışdım. Hər şeyin çox əla olduğunu bildirirdi. Bildiyiniz kimi, mən 2 il də Türkiyədə  çalışmışam. Oranın mətbəxini çox bəyənirdim. İnanıram ki, burada da hər şey yaxşıdır.

Xorvatiya oyununa hazırlıq üçün keçirilən təlim-məşq toplanışı Bakıda olacaq. Tarixlər barədə dəqiq bir söz deyə bilməyəcəm. Bunun üçün Premyer Liqanın oyun cədvəlinə baxmalıyam.

Qurban Qurbanov Azərbaycan futbolu üçün çox böyük addır . Onun böyük xidmətləri var. Onunla görüşmək imkanım hələlik olmayıb. Ancaq bekə bir fikrim var ki, Premyer Liqada olan bütün baş məşqçilərlə görüşüm. Əmək haqqım barədə federasiya rəsmilərlə bir-iki dəqiqə danışığım olub. Yəqin ki, onlar sizə bu barədə məlumat verəcək”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43