Ölkə futbolu

Avropa çempionatının finalı həmyerlimizə tapşırıldı

Azərbaycanlı FİFA referisi daha bir beynəlxalq oyuna təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu idarə edəcək.

Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki “Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq. 

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43