İdman

Avropa Klublar Assosiasiyasına yeni prezident seçild

Avropa Klublar Assosiasiyasının (ECA) yeni prezidenti bəlli olub. 

İdmanxeber.com-un məlumatına görə, İtaliya “Yuventus”unun prezidenti Andrea Anyelli beynəlxalq quruma da rəhbər seçilib.

Bu, ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən XIX Baş Assambleyasında gerçəkləşib. İtaliyalı funksioner qurumun tarixinə ikinci prezident kimi düşüb.

ECA yaranan gündən quruma rəhbərlik edən Karl-Hayns Rummenigge isə namizədliyini irəli sürməyəcəyini öncədən açıqlamışdı.

Qeyd edək ki, 2017/18 mövsümündə ECA-da üç Azərbaycan klubu təmsil olunur. Bunlar “Neftçi”, “Qarabağ” və “Qəbələ”di.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43