24 Yanvar 2022
Kateqoriyasız

Avropa Liqası: 1/16 finalın püşkü atıldı

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Qrup mərhələsini adlayan 24 komanda və Çempionlar Liqasında 3-cü olan 8 klub püşkatmada 16 cüt təşkil edəcək. Tədbirdən öncə iştirakçılar iki səbətə bölünüb.

Qrup qalibləri və ÇL-də mübarizəni dayandırmış kollektivlərdən 4-ü səpələnmişlər, digərləri isə səpələnməmişlər səbətində yer alıblar.

Avropa Liqası
1/16 final

“Volfsberq” (Avstriya) – “Tottenhem” (İngiltərə)
“Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika)
“Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
“Srvena Zvezda” (Serbiya) – “Milan” (İtaliya)
“Antverpen” (Beçlika)  “Reyncers” (Şotlandiya)
“Slaviya” (Çexiya) – “Lester” (İngiltərə)
“Zalsburq” (Avstriya) – “Vilyarreal” (İspaniya)
“Braqa” (Portuqaliya) – “Roma” (İtaliya)
“Krasnodar” (Rusiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Yanq Boyz” (İsveçrə) – “Bayer” (Almaniya)
“Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya)
“Qranada” (İspaniya) – “Napoli” (İtaliya)
“Makkabi” (Tel-Əviv, İsrail) – “Şaxtyor (Donetsk, Ukrayna)
“Lill” (Fransa) – “Ayaks” (Niderland)
“Olimpiakos (Yunanıstan) – PSV (Niderland)

1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Liverpul” iki futbolçu ilə yolları ayırdı

admin

“Qarabağ”ın tarixində 3-cü

admin

Vüqar Əskərovdan Latviyada növbəti qol

admin