12 Avqust 2020
Ölkə futbolu

“Avropa Liqası 2019 Media Cup” start götürəcək

Üçüncü ildir ki, AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında ənənəvi “Media turniri” keçirilir. Növbəti – dördüncü turnirə isə mart ayında start veriləcək.

Əvvəlkilərdən fərqli olaraq bu dəfə turnir “Avropa Liqası 2019 Media Cup” adlanacaq. Budəfəki yarışda isə əvvəlki 3 (Media-1, Media-2, Media-3) turnirdə top qovmuş idman jurnalistləri iştirak edəcəklər.

Bugündən qeydiyyat başlayır, fevralın 25-i son tarixdi. Oyunlara isə martın 4-də başlayacağıq. Heyəti formalaşan komandanın kapitanı siyahını rashad.mammadov85@gmail.com və mahal.mammadov@affa.az ünvanına göndərə bilərlər.

Hər komanda maksimum 13 oyunçu sifariş edə bilər. Yeri gəlmişkən, turnirin oyunları həftənin bazar ertəsi və çərşənbə günləri, saat 20:00 və 21:00-da AFFA-nın həyətindəki meydançada keçiriləcək. Yalnız 3-cü turun oyunları martın 17-ə təyin olunub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” – “Zirə” oyunu canlı yayımda

admin

“Qarabağ”dan 3 xal irəlidəyik, döyüş davam edir” – Kamran Quliyev

admin

“Qarabağ” qələbə qazanaraq liderliyə yüksəldi – YENİLƏNİB

admin