Kateqoriyasız

Avropa Liqası: 3 oyunda “sülh”

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, bütün görüşlər eyni gündə oynanılıb.

Gecənin ilk matçında “Leypsiq” doğma meydanda “Atalanta”nı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Turnirin favoritlərindən olan “Barselona” Almaniyada “Ayntraxt”la üz-üzə gəlib. Bu matç da qollu bərabərliklə başa çatıb.

İngiltərədə “Vest Hem”lə “Lion”da “sülh”ə razılaşıb. “Braqa” isə “Reyncers”i minimal hesabla məğlub edib.

Cavab görüşləri aprelin 14-də oynanılacaq.

Avropa Liqası
1/4 final, ilk oyunlar

7 aprel

“Leypsiq” (Almaniya) – “Atalanta” (İtaliya) – 1:1
Qollar:
 Zappakosta, 58 (öz qapısına) – Muriel, 17

“Ayntraxt” (Almaniya) – “Barselona” (İspaniya) – 1:1
Qollar:
 Knauf, 48 – F.Torres, 66

“Vest Hem” (İngiltərə) – “Lion” (Fransa) – 1:1
Qollar: 
Bouen, 52 – Ndombele, 66

“Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) – 1:0
Qol: A.Ruis, 40


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43