Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Fransada yerli komanda “Marsel” “Atalanta” ilə qarşılaşıb. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.
İtaliyada isə “Roma” “Bayer”i qəbul edib. Bu matçda da Xabi Alonsonun yetirmələri qələbə qazanan tərəf olub – 0:2.
Avropa Liqası, yarımfinal mərhələsi
23:00 Roma (İtaliya) – Bayer (Almaniya) 0:2
Qollar: Virts, 28, R.Endrix, 73
23:00 Marsel (Fransa) – Atalanta (İtaliya) 1:1
Qollar: Mbemba, 20 – Skamakka, 11