Dünya futbolu

Avropa Liqası: həftənin oyunçusu kimdir?

Avropa Liqasında qrup mərhələsinin 1-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bu ada  “Latsio”nun oyunçusu Matias Vesino layiq görülüb. 30 yaşlı yarımmüdafiəçi Tokmak Nquen (“Ferentsvaroş”), Markinyos (“Arsenal”) və “Betis”dən Villian Jozeni qabaqlayıb.

Vesino komandasının “Feyenoord”u 4:2 hesabıyla məğlub etdiyi matçda 2 dubla imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43