Ölkə futbolu

Avropa Liqası: “İnter”, “Qəbələ” və “Zirə”nin oyunlarının başlama saatı bilindi

Avropa Liqasında ölkəmizi təmsil edən “İnter”, “Qəbələ” və “Zirə”nin  II təsnifat mərhələsində ilk oyunlarının başlama saatı açıqlanıb.
İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən yaydığ xəbərə görə,  iyulun 12-də “Dalğa Arena”da keçiriləcək “İnter” – “Fola” (Lüksenburq) oyunu saat 20:00-da başlayacaq.
İyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Yagelloniya” görüşü isə saat 21:00-da start götürəcək.
“Zirə”nin ilk oyunu isə səfərdə olacaq. İyulun 13-də Rumıniyada keçiriləcək “Astra” – “Zirə” matçının start fiti Bakı vaxtı ilə saat 21:30-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43