08 Sentyabr 2024
Kateqoriyasız

Avropa Liqası: “İnter” yeni transferini UEFA-ya sifariş etdi

“İnter” klubu Avroliqanın I təsnifat mərhələsində iştirak üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə daha bir futbolçunun adını əlavə edib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu “Laçi” ilə oyun öncəsi yeni transferi Zurab Xizanişvilini sifariş edib.

33 yaşlı gürcü müdafiəçi Xizanişvili yeni klubunda 14 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43