08 Sentyabr 2024
Kateqoriyasız

Avropa Liqası: “İnter”in “Laçi” ilə hər iki görüşünün başlama saatı bilindi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter”in Albaniyanın “Laçi” klubu ilə keçirəcəyi hər iki görüşün başlama saatı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in “Laçi” ilə Albaniyadakı qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Bir həftə sonra Bakıda baş tutacaq cavab matçı isə saat 21:00-da start götürəcək. 

Qeyd edək ki, ilk görüş iyulun 2-də, cavab matçı isə iyulun 9-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43