Ölkə futbolu

Avropa Liqası: “Neftçi” gec, “Qəbələ” tez

Ölkə kubokunun "Qəbələ" – "Neftçi" finalından sonra Azərbaycanda 2013-2014 mövsümünə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, final oyununda qalib gələn "Neftçi" Avropa Liqasının ikinci, "Qəbələ" isə birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Komandaların rəqibləri iyunun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma zamanı məlum olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43