Kateqoriyasız

Avropa Liqası: “Neftçi”, “Qəbələ” və “İnter”in rəqibləri məlum oldu (YENİLƏNİR)

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edəcək "Neftçi", "İnter" və "Qəbələ" klublarının da rəqibləri bəlli olacaq.

Hər üç təmsilçimiz I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Klublarımızdan "Neftçi" və "İnter"in reytinq xalı çox olduğundan səpələnmişlər səbətində yer alacaq. 

Artıq klublarımızın qarşılaşa biləcəyi 5 potensial rəqib müəyyənləşib:

Avropa Liqası, I təsnifat mərhələsi

“Dinamo” (Tiflsi, Gürcüstan) – “Qəbələ” (Azərbaycan)

“Laçi” (Albaniya) – “İnter” (Azərbaycan)

“Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan)

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları iyulunda 9-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43