26 Avqust 2019
Kateqoriyasız

Avropa Liqası: “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir

Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

İdmanxeber.az-ın məlumatına görə, püşkatmada Azərbaycanın turnirdəki təmsilçiləri olan “Neftçi” və “Qəbələ”nin də 3-cü mərhələdəki potensial rəqibləri məlum olacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir, saat 16:00-da start götürəcək.

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Arsenal” (Rusiya) ilə qarşılaşacaq. “Ağ-qaralar” Tula təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, səpələnmişlər səbətində yer alacaq. “Neftçi” ilə “Arsenal” arasında ilk oyun iyulun 25-də Tulada keçiriləcək, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

“Qəbələ” isə 2-ci mərhələdə Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşacaq. “Qımızı-qaralar” “Dinamo” səddini keçsə, səpələnməmişlər səbətində yer alacaq. İyulun 25-də Qəbələdə keçiriləcək “Qəbələ” – “Dinamo” matçı saat 19:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə bir həftə sonra Tbilisidə keçiriləcək.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

Səpələnmişlər

Sparta (Praqa, Çexiya)
Espanyol (İspaniya) – Styarnan (İslandiya) cütünün qalibi
Domjale (Sloveniya) – Malmö (İsveç) cütünün qalibi
AEK (Yunanıstan)
Buduçnost (Monteneqro) – Zarya (Ukrayna) cütünün qalibi
Arsenal (Tula, Rusiya) – Neftçi (Azərbaycan) cütünün qalibi

Səpələnməmişlər

Trabzonspor (Tükiyə)
Utrext (Hollandiya) – Jrinski (Bosniya və Herseqovina) cütünün qalibi
ÇSKA (Sofiya, Bolqarıstan) – Osiyek (Xorvatiya) cütünün qalibi
Lyutsern (İsveçrə) – Klaksvik (Farer adaları) cütünün qalibi
Bney Yehuda (Tel-Əviv, İsrail)
Honved (Macarıstan) – Universitatya Krayova (Rumıniya) cütünün qalibi

_______________________________________________________________________________________

Səpələnmişlər

Hapoel Bier-Şeva (İsrail) – Kayrat (Qazaxıstan) cütünün qalibi
Apollon (Kipr) – Şemrok Rovers (İrlandiya) cütünün qalibi
Torino (İtaliya) – Debretsen (Macarıstan) cütünün qalibi
Viktoriya (Çexiya) – Olimpiakos (Yunanıstan) cütünün məğlubu (Çempionlar Liqası)
Feyenoord

Səpələnməmişlər

Austria (Vyana, Avstriya)
Norçeppinq (İsveç) – Liepaya (Latviya)
Qəbələ (Azərbaycan) – Dinamo (Tbilisi, Gürcüstan)
Şaxtyor (Soliqorsk, Belarus) – Esberq (Danimarka)
Antverpen (Belçika)

Oxşar xəbərlər

Muhammed Salah “Liverpul”dan gedir

admin

5 ildən sonra…

admin

Millimiz Tokio-2020-yə ilk lizensiyanı qazandı

admin