Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi” və “Səbail”in birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.
İdmanxeber.az-ın məlumatına görə, səpələnmişlər sırasında yer alan “Neftçi” “Hibernians” (Malta), “Rujomberok” (Slovakiya), “Pandev Akademiyası” (Makedoniya), “Speranta” (Nisporeni, Moldova) və ya “Zeta” (Monteneqro) ilə qarşılaşacaq.
“Səbail”ə isə “Universitatya Krayova 1948” (Rumıniya), “Baltsan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub-Hincesti” (Moldova) və ya “Narva Trans”a (Estoniya) rəqib olacaq.
Ölkəmizin digər təmsilçisi “Qəbələ” isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.