Kateqoriyasız

Avropa Liqası: “Neftçi”nin cavab matçı məşhur hakimə tapşırıldı

“Neftçi”nin Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HİK komandasına qarşı keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin olacaq. Ona yan xətt hakimləri Kristian Ditz və Markus Zinn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

HİK – “Neftçi” matçı avqustun 12-də Finlandiyada keçiriləcək. Komandalar arasındakı ilk oyun avqustun 3-də, Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43