03 Oktyabr 2024
Ölkə futbolu

Avropa Liqası: “Qarabağ” “Malmö”nu qəbul edir – YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçiriləcək. 

İdmanxeber.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında İsveç çempionu “Malmö”nü qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın start fiti saat 20:45-də səslənəcək.

Avropa Liqası, Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. “Qarabağ” (Azərbaycan) – “Malmö” (İsveç)
Hakimlər:
 Anastasios Papapetru, Tryfon Petropoulos, İordanis Aptosoglou, Alexandros Tsakalidis 

VAR: Angelos Evangelou
AVAR: Athanasios Tzilos (hamısı Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43