İdman

Avropa Liqası: “Qəbələ” yekun heyəti UEFA-ya göndərdi

“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsi üçün heyəti müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Belçikanın “Anderlext”, Fransanın “Sent-Etyen” və Almaniyanın “Mayns” klubları ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Beynəlxalq quruma göndərilən A siyahısında 21 futbolçu yer alıb. B siyahısına isə 9 oyunçu daxil edilib.

Xatırladaq ki, “Qəbələ” qrupda ilk oyununu sentyabrın 15-də keçirəcək. “Qırmızı-qaralar” həmin gün səfərdə “Anderlext”lə qarşılaşacaq.

A vərəqi

Qapıçılar: 22. Dmitri Bezotosnı, 33. David Pietrzkieviç, 35. Murad Popov

Müdafiəçilər: 3. Vojislav Stankoviç, 13. Murad Musayev, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 

19. Filip Ozobiç, 27. Teo Uiks, 30. Petar Franyiç, 32. Rəşad Eyyubov

Hücumçular: 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 18. Baqali Dabo

B vərəqi

Qapıçı: 36. Süleyman Süleymanov

Müdafiəçi: 39. Sadiq Quliyev

Yarımmüdafiəçilər: 8. Qismət Alıyev, 21. Roman Hüseynov, 29. Hacıağa Hacıyev, 88. Tellur Mütəllimov

Hücumçular:  70. Fərid Nəbiyev, 77. Ehtiram Şahverdiyev, 90. Ramil Hasanov



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43