Kateqoriyasız

Avropa Liqası: Rusiyalı azarkeşlər Bakıya gəlməyəcək

Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turu çərçivəsində “Qəbələ” öz meydanında “Krasnodar”la qarşılaşacaq.

Klubun media və makretinq üzrə meneceri Səməd Nəsibovun İdmanxeber.com-a verdiyi məlumata görə, “Krasnodar” “Bakcell Arena”da dəstəksiz qalacaq. Belə ki, Rusiyalı azarkeşlər Bakıya gəlməyəcək. Hər halda klub bilet üçün “Qəbələ”yə müraciət etməyib.

Qeyd edək ki, dekabrın 10-da baş tutacaq oyun saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43