Kateqoriyasız

Avropa Liqası: Şimal qonşularımızdan “Qarabağ” və “Qəbələ”nin oyunlarına böyük diqqət

UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oktyabrın 1-də “Qarabağ” Belçikanın “Anderlext”, “Qəbələ” isə Rusiyanın “Krasnodar” klubları ilə qarşılaşacaq.

İdmanxeber.com-un məılumatına görə, bu matçları ölkəmizdə “İdman Azərbaycan” və AzTV kanalları cnalı yayımlayacaq.

Təmsilçilərimizin bu oyunlarını Rusiyanın bir neçə kanalı da canlı yayımla azarkeşlərə nümayiş etdirəcək. Belə ki, saat 22:00-da başlayacaq “Qarabağ” – “Anderlext” oyununu Rusiyanın “NTV+Tennis” kanalı canlı yayımlayacaq. Bundan başqa “NTV+Futbol3” kanalı Bakı vaxtı ilə saat 02:00-da matçı videoyazı şəkilində yayımlayacaq.

“Krasnodar”ın qonağı olacaq “Qəbələ”nin səfər matçını “NTV+Futbol” kanalı cnalı yayımlayacaq. Sözügedən oyunu “Sport” kanalı Bakı vaxtı ilə saat 02:00-da videoyazı şəkilində yayımlayacaq.

Avropa Liqası

1 oktyabr

22:00 “Qarabağ” – “Anderlext” – AzTV, NTV+Tennis, NTV+Futbol3 (videoyazı şəkilində)

00:05 “Krasnodar” – “Qəbələ” – İdman Azərbaycan, NTV+Futbol, Sport (videoyazı şəkilində)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43