Bu gün Avropa Liqasında finalçılar bəlli oub.
İdmanxeber.com-un məlumatına görə, bu gün baş tutan matçlarda yarımfinal oyunlarında “Mançester Yunayted” “Selta”nı, “Lion” isə “Ayaks”ı qəbul edib.
İlk görüşdə qələbə qazanan "Mançester Yunayted" cavab matçında "Selta" ilə 1:1 hesablı bərabərlik əldə edərək finala yüksəlib.
Hollandiyada "Ayaks"a darmadağın olan "Lion" cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazansa da, bu, yetərli olmayıb. Nəticədə, "Ayaks" finala yüksəlib.
11 may
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya) 1:1
Qollar: Fellaini, 17 – Ronkalya, 85
İlk oyun – 1:0
23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya) 3:1
Qollar: Lakazett, 45, 45+1, Qezzal, 81 – Dolberq, 27
lk oyun – 1:4