Dünya futbolu

Avropa Liqasında mövsümün ən yaxşısı bəlli oldu

UEFA Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

İdmanxeber.az xəbər verir ki, “Marsel”in hücumçusu Pyerr-Emerik Obameyanq azarkeşlər arasında keçirilən səsvermədə bu ada layiq görülüb.

34 yaşlı qabonlu forvard bu mövsüm Avropa Liqasında meydana çıxdığı 13 oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43