Dünyadan

Avropa Liqasında yarımfinal mərhələsinin cütlükləri müəyyənləşdi- (YENİLƏNİB)

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirindən sona qalmış 4 güclü komanda "Fiorentina", "Napoli", "Dnepr" və "Sevilya"dı.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları 7 may, cavab qarşılaşmaları isə 14 may tarixində keçiriləcək.

Yarımfinal mərhələsinin cütlükləri:

"Napoli" (İtaliya) – "Dnepr" (Ukrayna)

"Sevilya" (İspaniya) – "Fiorentina" (İtaliya)

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43