20 Sentyabr 2024
Kateqoriyasız

Avropa Oyunlarının bağlanış mərasimində hansı dünya şöhrətli müğənni iştirak edəcək?

İlk dəfə olaraq Bakıda keçirilən I Avropa Oyunlarının başa çatmasına 6 gün qalır.

İdmanxeber.com-un məlumatına görə, iyunun 12-də baş tutan möhtəşəm açılış mərasimi və hər gün keçirilən idman yarışları bütün dünyanın diqqət mərkəzindədi. İndi isə həm Avropa, həm də yerli tamaşaçılar Oyunların bağlanış mərasiminin necə keçirələcəyini maraqla gözləyir.

Avropa Oyunları Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun rəhbəri Rəşad Əliyev qafqazinfo-ya açıqlamasında bağlanış mərasiminin necə təşkil ediləcəyinin sirr olduğunu açıqlasa da, mərasimin möhtəşəm təşkil ediləcəyi barədə informasiyalar var. Məlumata görə, bağlanış mərasimində dünya şöhrətli müğənnilərdən Madonna və ya Adelin iştirak edəcəyi gözlənilir. Mərasimdə hansı ölkədən dövlət başçılarının iştirak edəcəyi barədə isə məlumat verilmir. Bütün hallarda açılış mərasimi kimi, bağlanış mərasiminin də möhtəşəm olacağı tamaşaçılarda şübhə doğurmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43