Dünya futbolu

Avropanın ən dəyərlisi Neymar oldu

Fransanın nüfuzlu KPMG şirkətinin etdiyi arşdırmada Neymar hazırda Avropanın ən dəyərli oyuunçusu seçilib.

Araşdırmada yaş, performans və digər bu kimi kriteralara diqqət yetirilib. Edilən araşdırmanın ardından braziliyalı futbolçunun dəyəri 206,5 milyon funt-sterlinq olaraq bəlirlənib.

İkinci ən bahalı oyunçu PSJ-nin digər ulduzu Mbappe olub. Fransalı futbolçuya  193,8 milyon funt-sterlinq dəyər qoyulub. Argentinalı ulduz futbolçu Leo Messi isə siyahıda 183,2 milyonla 3-cü olub.

Siyahıda Yuventusun ulduzu Kristiano Ronaldo da olub. O, 96,5 milyonluq dəyərlə ilk onluğa girə bilməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43