Kateqoriyasız

“Axtardığımızi Mahirdə tapdıq” – “Dinamo”nun baş məşqçisi

“Axtardığımız da bu idi. Daha çox mövqe və sistemdə oynaya bilən futbolçu axtarırdıq. Bunu Emrelidə tapdıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç azərbaycanlı hücumçu Mahir Emrelini transfer etmələrinə münasibət bildirib.

45 yaşlı mütəxəssis Mahirin uzun müddət məşqlərdən kənarda qaldığını xatırladıb: “Emreli “İstra 1961” ilə oyunda olmayacaq. Hazırda fərdi şəkildə məşq edir. Bu səbəbdən Emreli ilə diqqətli olmalıyıq. Onunla bağlı danışıqlar uzun çəkib. Amma inanıram ki, tezliklə komanda üçün mübarizə apara biləcək. Mahirin nə vaxt meydana çıxa biləcəyini dəqiq deyə bilməyəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43