Kateqoriyasız

“Ayaks”da koronavirus şoku

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Danimarka “Midtyulland”ı ilə qarşılaşacaq Niderlandın “Ayaks” klubunun kollektivi bu oyundan öncə koronavirus testindən keçib.

Testlər nəticəsində sözügedən komandanın 11 futbolçusunda koronavirus aşkarlanıb.

Məhz bu üzdən “Ayaks” Danimarkada baş tutacaq səfər oyununa 17 futbolçu ilə yollanıb. Andre Onana, Marten Stekelenburq, Davi Klassen, Rayan Qravenberx və Duşan Tadiç kimi önəmli oyunçular səfərə aparılmayıb.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək “Midtyulland” – “Ayaks” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43