Kateqoriyasız

“Ayaks”ın 35-ci çempionluğu

Niderland Erediviziyasında mövsümün qalibi məlum olub.

35-ci turda “Emmen”i 4:0 hesabıyla məğlub edən “Ayaks” sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

35 turdan sonra xallarının sayını 89-a yüksəldən “Ayaks” ən yaxın izləyicisi PSV-ni 14 xal qabaqlayaraq, çempion olub.

Amsterdam təmsilçisi klub tarixində 35-ci dəfə Erediviziyanın qalibi adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43