Dünya futbolu

“Ayaks”ın baş məşqçisi: “Bu kiçik uşaqlar final oynamağa alışmayıblar”

“Ayaks” Avropa Liqasının finalında “Mançester Yunayted”ə 0:2 hesabı ilə uduzub.

Oyundan sonra Amsterdam klubunun baş məşqçisi Peter Bos final görüşü haqda danışıb:

“Bu kiçik uşaqlar final oynamağa alışmayıblar. Bu oyunda çox şey öyrənəcəklər və daha güclü olacaqlar. Əgər bu heyəti saxlasaq, gələn mövsüm daha güclü olacağıq. Final oyunu isə etiraf edək ki, çox sıxıcı oldu. “Mançester Yunayted” ancaq uzun ötürmələrlə oynadı və risq etmədi. Qürur duya bilərikmi? Sözün düzü, təəssüflənirik. Qayıda topları ələ keçirə bilmədik. Daim uzun ötürmələrlə oynadılar. Bu cür komandaya qarşı zəifliyimizin nə olduğunu bilirdik, amma erkən qol buraxdıq. “Mançester Yunayted” çempionluğu gözəl futbolla qazanmadı. Məncə, cari mövsüm azarkeşləri və futbolsevərləri oyunumuzla razı saldıq. Növbəti mövsüm daha yaxşı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43