Kateqoriyasız

Ayaz Quliyev Azərbaycan millisində?: “Hər şey konkret olmalıdır”

“AFFA ilə daimi əlaqə saxlayıram, lakin hələ yekun təklif olmayıb”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyev deyib.

25 yaşlı yarımmüdafiəçi “Sport24.ru” saytına müsahibəsində AFFA ilə əlaqədə olduğunu deyib:

“Hər şey konkret olmalıdır. Oturmaq, danışmaq və ortaq məxrəcə gəlmək lazımdır. Belə çıxır ki, məni istəyirlər, amma heç nə olmur. Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm. İndi isə nəsə söyləmək olmur. Tələsik qərar vermək istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43