Dünya futbolu

Ayaz Quliyev: “Onlardan xahiş edirdim ki, ayağıma vurmayın”

Ayaz Quliyev klub jurnalına geniş müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, ötən ay çıxış etdiyi “Rostov” klubunun ən yaxşısı seçilən Ayaz Quliyev klub jurnalına müsahibə verib. O, əgər futbolçu olmasaydı təkbətək idman növlərindən birini seçəcəyini bildirib:

“Futbola “Spartak” klubunda başlamışam. Atam ilk olaraq məni bu komandanın uşaq məktəbinə yazdırmışdı. Niyə bu klubu seçdiyinin səbəbini dəqiq bilmiriəm. Bəlkə də, “Spartak”ın  azarkeşi olduğu üçün belə edib. Azərbaycanda kiçik yaşlarımda olmuşam. Amma sonradan atamın məzuniyyəti ilə üst-üstə düşmədiyi üçün gedə bilmədik. İndi isə əksinə, qohumlarımız bizə tez-tez gəlir. Bizdə “Xəzər Lənkəran” klubu var idi, bir ara yaxşı maliyyə dəstəyi alırdı. Bu regionda futbolu çox sevirlər. Qohumlarım oyunlarıma baxıb, mənə azarkeşlik edirlər. Əgər futbolçu olmasaydım təkbətək döyüş növlərini seçərdim. Əvvəlcədən futbolu seçdiyim üçün güləş bölmələrinə getməyə vaxtım olmurdu. Səhər dərsə, axşam isə futbol məşqlərinə gedirdim. Böyük və kiçik qardaşlarım bu idman növü ilə məşğul olduğu üçün əvvəllər tez-tez onlarla sınaq görüşləri keçirirdim. Həmin vaxt onlardan xahiş edirdim ki, ayağıma vurmasınlar, çünki futbolla məşğul oluram. Buna baxmayaraq, döyüşlərimiz ciddi olurdu. Heç kim bir-birinə güzəştə getmirdi”.

Qeyd edək ki, Ayaz Quliyev bu ilin yanvarında “Spartak”dan “Rostov”a keçib. Rusiyanın U-21 yığmasının üzvü olan yarımmüdafiəçi əsas millimizə namizədlərdən biridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43