Dünya futbolu

Ayaz Quliyev peşmandı: “Xəcalət çəkirəm”

Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev klubun rəsmi saytına açıqlamasında dünən törətdiyi insidentlə bağlı danışıb

25 yaşlı yarımmüdafiəçi etdiyi hərəkətə görə utandığını və klubundan üzr istədiyini bildirib:

“Məni tam fərqli prinsiplərlə tərbiyələndirən doğma klubumdan da üzr istəyirəm. Komandamızın “qırmızı-ağlı” azarkeşləri qarşısında isə çox xəcalət çəkirəm. Bu hadisə mənim üçün ömürlük dərs olacaq”.

A.Quliyev ötən gün Moskva küçələrinin birində amerikalı turistlə dalaşıb və onun burnunu qırıb.

“Spartak” rəsmi saytı vasitəsilə Quliyevə sərt intizam sanksiyası tətbiq ediləcəyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43