Dünya futbolu

Aykut Kocaman İtaliya yolunda

"Fənərbağça"nın sabiq baş məşqçisi Aykut Kocaman İtaliyanın "Latsio" klubunu çalışdıra bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hazırkı məşqçiləri Vladimir Petkoviçi uğursuz nəticələrinə görə komandadan kənarlaşdırmağa çalışan klub, bu posta iki namizəd tapıb. Bunlardan biri Aykut Kocaman, digəri isə "Bazel"in baş məşqçisi Murat Yakındır. Ancaq digər məlumata görə, bu posta ən real namizəd Aytut Kocamandır.

Qeyd edək ki, “Latsio” İtaliya A Seriyasında 17 turdan sonra 20 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43