Dünya futbolu

Aykut Kocamanın yeni komandası bəlli oldu

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə,  klubun Futbol şöbəsinin müdiri Selçuk Aksoy Aykut Kocamanla razılaşdıqlarını bildirib.

Qeyd edək ki, Aykut Kocaman mövsümün sonunda “Fənərbağça”dakı postundan istefa verib. “Konyaspor” isə noyabrın 12-də Rıza Çalımbayla yollarını ayırıb. Xatırladaq ki, Aykut Kocaman 2005-2006 mövsümündə və 2014-2017-ci illər aralığında “Konyaspor”un baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43