Dünya futbolu

“Ayntraxt” 2 metrlik forvard transfer edir

“Ayntraxt” (Frankfurt) Saşa Kalayciçi heyətinə qatmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Frankfurt klubu 2 metr boyundakı hücumçunu mövsümün sonuna qədər “Vulverhempton”dan icarəyə götürəcək. Transferin həftəsonuna qədər rəsmiləşəcəyi gözlənilir.

Kalayciç daha öncə Almaniyada “Ştuttqart”ın formasını geyinib. O, Bundesliqada 60 oyuna çıxıb 24 qol vurub və 12 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43