Ölkə futbolu

“Ayntraxt”ın düşərgəsində olan azərbaycanlı futbolçu: “…karyeramı Bundesliqada davam etdirəcəm” – VİDEO

“Neftçi” PFK-nın qapıçısı Emil Balayev artıq bir neçə gündür Almaniyanın “Ayntraxt” klubunun heyətində baxışdadır. 

İdmanxeber.com-un məlumatına görə, gənc qolkiper bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

“Artıq 10 gündür ki, “Ayntraxt”ın düşərgəsində baxışdayam. Məşqlər yüksək səviyyədə keçir. Burada özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Dekabrın 12-dək “Ayntraxt”ın əsas komandası ilə birlikdə hazırlığım davam edəcək. Bundan sonra “Neftçi”nin düşərgəsinə qayıdacağam. Ümid edirəm ki, bəyəniləcəm və karyeramı Bundesliqada davam etdirəcəm”.

Emil Balayevin “Ayntraxt”ın düşərgəsindəki məşqindən video görüntüləri təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43