Ölkə futbolu

“Ayntraxt”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

“Qarabağ” yaxşı komandadı. Amma biz onları ətraflı öyrənə bilmişdik”.

 Bu sözləri Almaniyanın “Ayntraxt” klubunun qapıçısı Kevin Trapp Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş ilk oyundan sonra deyib. O, 2:0 hesabı ilə qələbə qazandıqları oyunla bağlı daha sonra belə danışıb: “Bu səbəbdən də “Qarabağ” qapımız qarşısında elə də çox qol vəziyyətləri yarada bilmədi. Biz isə gələcəyə optimist baxmağımıza imkan verən nəticəyə nail ola bildik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43