Milli komanda

“Ayntraxt”ın və “Lokomotiv”in futbolçusu millimizdə

19 yaşadək futbolçulardan ibarət yığmamızın heyəti açıqlanıb. ve AFFA-nın rəsmi saytına istinadən verdiyimiz xəbərə görə, U-19 oktyabrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.

Baş məşqçi Arif Əsədov bununla bağlı 20 futbolçuya dəvət göndərib. Həmin futbolçular bunlardır: Ziyadxan Məmmədov, Fəhmin Muradbəyli (hər ikisi “Neftçi”), Mustafa Yaman (“Rot-Vayss” Erfurt, Almaniya), Kənan Səfərov (“Ayntraxt” Norderştedt, Almaniya), Şamil Cəmaləddinov, Sadiq Quliyev, Şirməmməd Məmmədov, Elvin Camalov, Elnur Mustafazadə, Ehtiram Şahverdiyev (hamısı “Qəbələ”), Elvin Bədəlov (“Zenit”, Rusiya), Adil Nağıyev (AZAL), Coşqun Diniyev (“İnter”), Budaq Nəsirov, Ruslan Nəsirli, Orxan Əliyev (hər üçü “Sumqayıt”), Samir Məsimov (“Lokomotiv”, Rusiya), Namiq Ələskərov (“Bakı”), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Bilal Abbaszadə (“Qarabağ”)

10 oktyabr

17:00 İrlandiya – Azərbaycan

21:00 Bosniya və Herseqovina – İsveç

12 oktyabr

17:00 Azərbaycan – Bosniya və Herseqovina

19:00 İrlandiya – İsveç

15 oktyabr

17:00 Bosniya və Herseqovina – İrlandiya

17:00 İsveç – Azərbaycan

Qeyd edək ki, U-19 bugündən etibarən Latviyada təlim-məşq toplanışı keçəcək. Latviya hazırlıqları oktyabrın 7-dək davam edəcək. Komandamız bundan sonra hazırlıqları qonşu İsveçdə davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43