Ölkə futbolu

Ayxan Abbasov: “Premyer Liqada qalmağı təmin etməmişik”

“Bizim üçün üzücü məğlubiyyət oldu. İstəmədiyimiz məqamlar var idi. Zədəli futbolçular da vardı. Rəqib daha çox istəkli oynadı. Qollar vursaq da, sona qədər qoruya bilmədik. 4-cü dövrə çətin keçəcək. Hamı xal qazanmaq istəyir. Evdə uduzmaq bizi çox üzür”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Sumqayıt” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Fasilədən sonra həmişə yaxşı və ya pis ola bilər. Bizim üçün yaxşı keçmədi. Oyuna başqa cür hazırlaşmışdıq, rəqib daha yaxşı oynadı. Ayxanı ehtiyatda saxlamaq taktiki gediş idi. Gələn oyunlarda da rotasiya olacaq.

Hələ Premyer Liqada qalmağı təmin etməmişik. Arxayınlıq olduğunu düşünmürəm. Futbolçular da qalib gəlib mükafat qazanmaq istəyər. Əsas çətinlik stabilliyin olmamağıdır. Məğlub olmaq pis təsir edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43