Müsahibə

Ayxan Abbasov: “Bu oyunlarda qazanılacaq hər xal qızıla bərabərdi”

Bu gün Azərbaycan Premyer Liqsının 23-cü turu çərçivəsində “Qarabağ” “Zirə” ilə 0:0 hesablı bərabərlik əldə edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

– “Qarabağ” çempionatın lideridir. Çətin oyun idi. Həftəboyu komandanı analiz etmişdik. Oyun stilinə dəyişikliklər etmişdik. Qırmızı vərəqəyədək rəqibi təzyiqdə saxlayırdıq. Çox sürəti oyun getdi. “Qırmızı”dan sonra oynamaq çətin idi. Amma futbolçularımız əzmkarlıq nümayiş elətdirdi. Qarşıdan çətin oyunlar gəlir. Fasilədən istifadə etməyə çalışacağıq.

– “Zirə” bu gün çox istəkli görünürdü. Bu, “Neftçi”nin sizə yaxınlaşmasına görə idi?

– Son oyunda məğlub olduq. İstəyirdik ki, bu oyunda xal qazanaq. Qış fasiləsindən sonra komandada istək daha çoxdur. Hər oyunda var gücümüzü qoyuruq. Bu oyunlarda qazanılacaq hər xal qızıla bərabərdi.

– Komandadakı dəyişikliklər bu oyun üçün idi, yoxsa qarşıdakı oyunlarda da belə oynayacağsız?

– Ola bilər ki, başqa sistemdə oynayaq. Məni sevindirir ki, komanda bu sistemdə çox gözəl oynayır.Çalışarıq ki, mövsüm sonunadək belə oynayaq.

– Növbəti turda digər lider “Qəbələ” ilə qarşılaşacaqsız.

– Səfər oyunu olacaq. Çalışacağıq ki, xalla dönək. Vaxtımız var, çalışacağıq ki, yaxşı hazırlaşaq. “Qəbələ” güclü rəqibdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43