Müsahibə

Ayxan Abbasov: “Bu üstünük heç nədi”

Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində “Zirə” Lüksemburqun “Differdanj” komandasını qəbul edib.

Matç meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb – 2:0

Oyundan sonra “Zirə”nin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib. O, jurnalistlərin suallarını cavablanırıb:

– Biz çətin oyunu gözləyirdik. Futbolçularımız tam hazır ddeyil. Bilirdik ki, rəqib müdafiədən oynayacaq və onların müdafiəsini yarmaq çətin idi. Birinci hissədə qol vurduq və daha rahat oynamağa başladıq. İkinci oyun çətin olacaq. Futbolçularıma, azarkeşlərə təşəkkür edirəm.

– Müdafiədə komandada həyəcan hiss olunurdu. Bu nədən irəli gəlir?

– İlk dəqiqələrdən bəzi epizodda müdafiəçilər səhv etdiş Bu həyəcandan ola bilər, çalışdıq ki, komandanı tam rahat çıxaraq meydana. Öz meydanıızda oynayırıq futbolçularımızda təzyiq var idi ki, qalib gəlməliyik. Ancaq bu səhvləri ikinci hissədə düzəldə bildik. Rəqibin oyun tərzini bilirik və buna uyğun hazırlaşmışdıq. Müdafiədə iki yeni futbolçu vardı, bu səhvlərin olması normal idi.

– Dayaq yarımmüdafiəsinin oyunundan razı qaldız?

– Ümumi komandadan razıyam. Təmkindən çox şey gözləyirdik, çünki o ötən mövsümü yaxşı keçirib. Ondan istənilən oyunu görmədik, arasıra ikili mübarizələrdə uduzurdu.

– Bir həftə sizə çatışmazlıqları aradan qaldırmağa kifayət edəcək?

– Biz oyundan oyuna artımağa çalışacağıq. Hava şəraiti oyuna təsir edirdi, ancaq fiziki cəhətdən rəqibə uduzmadıq. Bizim çatışmazlığımız odu ki, futbolçular hələ bir-birini tam tanımır, bunun həlli üçün də vaxt lazımdı, bu baxımdan oyundan-oyuna inkişaf etməyə çalışacağıq.

– Rəşad Sadiqov niyə ikinci hissədə oyuna çıxdı?

– Rəşad Sadiqov zədəli idi, bir az ehtiyat edirdik. Ancaq bizə ikinci hissədə topla daha çox oynayan futbolçu lazım idi ki, bunu da etdik. Orxanın oyunu alınmadı və Rəşad onun əvəzinə meydana daxil oldu.

– “Astra” barədə hələ də heç nə düşünmürsüz?

– Məncə, rəqibin oyunun görəndən sonra tələsməyə ehtiyac yoxu. Bu üstünük heç nədi. Əsas cavab oyunudu.

Oxşar xəbərlər

Bədavi Hüseynov: “Çempionluğa o dərəcədə sevinmədik” (MÜSAHİBƏ)

admin

“Qarabağ” azarkeşlərinin sevimlisi: “Onlar bizi Bakıda cəzalandıra bilərlər” – MÜSAHİBƏ

admin

Rahid Əmirquliyev: “Xəzər Lənkəran”dan gedə bilərəm” – MÜSAHİBƏ

admin