29 Sentyabr 2021
Kateqoriyasız

Ayxan Abbasov: “Həyəcanımızı boğa bildik”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

O, 0:0 hesabıyla başa çatan qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bu oyun bizim Avropa səhnəsində ikinci qarşılaşmamız idi. Maraqlı mübarizəyə şahidlik etdik. Oyunun əvvəlində uşaqların həyəcanlı olduğu hiss olunurdu. Bu da səbəbsiz deyil, çünki, heyətimiz gənc futbolçulardan qurulub. Lakin, matçın gedişində həyəcanımızı boğa bildik. Rəqibimiz meydan amilinə görə nisbətən bizdən üstün oyun sərgiləməyi bacardı. Bir həftə sonra doğma meydanımızda azarkeşlərimizin qarşısında oynayacağıq. Onlar da bizim üçün darıxıblar. Ümidvaram ki, azarkeşlərimiz önündə sərfəli nəticə əldə edərək, turu keçən tərəf biz olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah” Coşqun Diniyevlə yolları ayırdı

admin

Emil Balayev yenə “Tobol”un ən yaxşısı seçildi

admin

“Neftçi” biabırçı hesabla avrokuboklarla vidalaşdı

admin