Ölkə futbolu

Ayxan Abbasov: “Komandam xarakter göstərdi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan” üzərində 4:0 hesablı qələbəni şərh edib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis futbolçularının xarakter göstərdiyini bildirib:

“İlk olaraq komandanı təbrik edirəm. Belə meydançada xarakter göstərdilər. Gənclərə və az oynayan uşaqlara şans vermişdik. Rəqibə də uğurlar arzulayırıq”.

Qeyd edək ki, böyükhesablı qələbədən sonra adını 1/4 finala yazdıran “Sumqayıt” bu mərhələdə “Neftçi”yə rəqib olub. Komandalar arasında ilk oyun dekabrın 15-də, cavab matçı isə 4 gün sonra olacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionatında azarkeş meydana girdi, AFFA klubu cərimələdi

admin

Dodo fikirindən daşındı, “Qəbələ”ylə iki illik müqavilə imzaladı

admin

Samir Abasovun debüt matçı – ənənə davam edəcəkmi?

admin