Kateqoriyasız

Ayxan Abbasov “Sumqayıt”da qaldı

2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.

38 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın “sükanı arxası”nda olacaq. Məlumatı klubun mətbuat xidməti yayıb.

“Sumqayıt” 2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43