İdman

Ayxan Abbasov: “Yaxşı nəticələr qazananda, mətbuat yazmırdı”

“Gərgin və maraqlı oyuna şahidlik etdik. Yaxşı anlayırdıq ki, qış fasiləsindən sonra “Kəpəz” rəqiblərinə asanlıqla məğlub olmur. Sona qədər mübarizə aparırlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutan “Kəpəz” – “Zirə” matçı sonrası ənənəvi mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov deyib. Gənc mütəxəssis oyunu bu cür analiz edib:

“Futbolçularım meydanda verilən tapşırıqları yerinə yetirməyə çalışdı. Oyunboyu çatışmayan tək bir şey, vuracağımız qol oldu. Gəncə səfərində 2 real qol vəziyyəti yaradıb, ancaq onlardan yararlanmamaq, yaxşı hal deyil. Bununla belə, meydanda vuruşduqlarına görə, futbolçularımı təbrik etdim”.

Ayxan Abbasov son günlər mətbuatda istefaya göndəriləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Mətbuatın işi yazmaqdı. Ancaq mən rəhbərliklə görüşdəm və arxamızda dayandıqlarını söylədilər. Mən də istəyərəm ki, “Zirə” uğurlar qazansın. Yaxşı nəticələr qazananda, heç mətbuat yazmırdı”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43