Kateqoriyasız Ölkə futbolu

Ayxan Abbasov: “Zirə” bu deyil”

TPL-nın III turuna start verilib.

İdmanxeber.az-ın verdiyi məlumata görə, “Zirə” komandası “Sabah”ı qonaq edib. “Dalğa Arena”da keçirilən matçın ardından ev sahibi komandanın baş məşqçisi jurnalistlərə açıqlama verib. Ayxan Abbasov çox pis oynadıqlarını bildirib:

“Çox pis oynadıq. Danışacaq bir şey yoxdur. Bu günə qədər olan ən zəif çıxışımızı etdik”.

Müdafiədə olan boşluqlar barəsində nə deyəcəksiniz? Bunu düzəldə biləcəksiniz?

Yalnız müdafiə deyil, bu gün  hər yerdə zəif idik. “Zirə” bu deyil. Bunu növbəti oyunlarda görəcəksiniz.

Yeni transferlər olacaq?

Bu gündən sonra yeni oyunçu alacayıq demək inandırıcı olmaz. Heyətimizdəki futbolçular hələ çox yenidir. Mövcud heyətin daha hazır olacağı vaxt yaxşı oyun göstərəcəyik.

Yaranan fasilədən necə istifadə edəcəksiniz?

Çempionatın əvvəlidir. Bu çempionat çox çətin keçəcək. Gücləri bərabər olan bir çox klub var. Bu fasilədən  müsbət yöndə istifadə edəcəyik. Zədəli oyunçularımız üçün də yaxşı fürsət olacaq.

İlk hissədə dəyişiklik etmək istədiniz?

Etmək istəyirdim. Saido özünü çox pis hiss edirdi. Keçən oyun bu oyunçu iki qol pası vermişdi.  Futbolda hər bir komandanın başına gələn bu gün də bizim başımıza gəldi. Oyun olaraq çox pis oyunu geridə qoyduq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43