Ölkə futbolu

Ayxan Abbasovun seçim şansı qalmadı

Bu gün Premyer Liqanın 32-ci turu çərçivəsində “Zirə”nin qonağı olacaq “Turan Tovuz” matç öncəsi ciddi itkilərlə üzləşib.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki,  Tovuz klubunun heyətində qapıçılar – Tərlan Əhmədli zədəli, Kamal Bayramov isə cəzalıdır. Komandanın baş məşqçisi Ayxan Abbasov məcburiyyətdən bugünkü oyunda 3-cü qapıçı – Mehman Hacıyevə güvənməli olacaq.

Bundan başqa, komandanın müdafiə xəttində də ciddi itkilər var. Belə ki, Eltun Turabov və Tərlan Quliyev də cəzalı durumda olduğu üçün bugünkü oyunu buraxmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, “Zirə” – “Turan Tovuz” qarşılaşması bu gün saat 20:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43