20 Oktyabr 2021
Kateqoriyasız

“Azərbaycan çətin uduzan, yaxşı müdafiə olunan komandadı” – Şenol Güneş

Sabah Alanyada keçiriləcək Türkiyə –  Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Türkiyə millisinin baş məşqçisi Şenol Güneş fikirlərini bildirib.

O, bunları deyib:

“Əslində Azərbaycan millisi ilə oyun keçən il keçirilməli idi. Verdiyimiz söz var idi, bunu yerinə yetiririk. Sürpriz kimi görünən komandalar sürpriz edə bilərlər. Azərbaycan yığmasının oyunçularının çoxu yerli çempionatda çıxış edir. İki ölkənin futbolu arasında əlaqələr genişlənir. Azərbaycan çətinliklə uduzan, yaxşı müdafiə olunan komandadı. Biz tək millət, iki dövlətik. Azərbaycan yığmasına “xoş gəldiniz” deyirəm. Dostluq çərçivəsində gözəl oyun göstərmək istəyirik.

Avropa çempionatı ilə bağlı arzumuz qrupdan çıxmaqdı. Ondan sonra mümkün qədər irəliləmək niyyətindəyik. Həm azərbaycanlılar, həm də türkiyəlilər üçün qrupdan çıxmaq istəyirik. İnanıram ki, birlikdə əl-ələ verib, Bakıdakı hər iki görüşdə qələbə qazanacağıq. Azərbaycanlı qardaşlarıma salamlarımı göndərirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Dinamo” – “Neftçi” matçının hakimləri açıqlandı

admin

Çili millisinin sabiq üzvü “Qəbələ”də

admin